Dünən Ermənistan mətbuatında bu ölkənin Boks Federasiyasının Azərbaycanda keçiriləcək gənclər arasında dünya çempionatında iştirak üçün ölkəmizə rəsmən müraciət etməsi barədə xəbər yayılmışdı.
Bu məsələni dəqiqləşdirmək məqsədilə Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) boks idmanı üzrə məsul nümayəndəsi Tofiq Babanlı ilə əlaqə saxladıq. Tofiq Babanlı Ermənistan Boks Federasiyasından dünya çempionatında iştirakla bağlı AGİN-ə heç bir müraciətin daxil olmadığını bildirdi.
Xatırladaq ki, gənclər arasında boks üzrə dünya çempionatı aprelin 20-də Bakıda keçiriləcək. Ermənistan tərəfi isə təhlükəsizliklərinin təmin olunacağı təqdirdə bu yarışda iştirak etmək istədiklərini bəyan etmişdi. ANSPRESS