Ermənilər İnter – Mika matçında insident yaradıblar
20 Yanvar 2011 Cümə Axşamı 10:10
Bədnam qonşularımız matç zamanı separatçı Dağlıq Qarabağ rejiminin bayrağını qaldırmağa cəhd ediblər.
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Birlik Kuboku” uğrunda ¼ final matçı çərçivəsində baş tutan “İnter” – “Mika” matçında insident yaşanıb. Qarşılaşmanın keçirildiyi İdman Olimpiya Kompleksinin stadionuna toplaşmış erməni azarkeşlər oyun zamanı separatçı Dağlıq Qarabağ respublikasının bayrağını qaldırmağa cəhd ediblər.

Ancaq onların arzusu ürəklərində qalıb. Stadionda təhlükəsizliyi təmin edən Sankt-Peterburq şəhəri hüquq-mühafizə orqanlarının əməkdaşları ermənilərə separatçı rejimin bayrağını qaldırmağa icazə verməyiblər.

Xatırladaq ki, ¼ final mərhələsindəki görüşdə “İnter” “Mika”ya 4:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. “İnter”in yarımfinaldakı rəqibi Rusiyanın “Zenit” klubu olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar