Ermənilər Avro-2012-yə düşə bilərlər
07 Sentyabr 2011 Çərşənbə 02:05
Ermənistan yığması Sloveniya millisini 4:0 hesabı ilə məğlub etdi
Ermənistan yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Slovakiya millisi üzərində böyük hesablı qələbə qazanıblar. Ermənilər rəqib qapısından dörd cavabsız top keçiriliblər.

Bu qələbədən sonra Ermənistan yığması xallarının sayını 14-ə çatdırıb və ikinci yeri tutan İrlandiya millisindən 1 xal geri qalır. Qrupun vahid lideri 17 xalı olan Rusiya millisidir. Slovakiya millisinin də 14 xalı var. Lakin slovaklar öz aralarındakı oyunlarda ermənilərdən geri qalırlar. Son oyunda Andorra üzərində 1:0 hesablı qələbə qazanan Makedoniya yığmasının 7 xalı var və turnir cədvəlinin 5-ci pilləsindədir. Bütün oyunları məğlub olan Andorra millisi isə sonuncu yerdədir. Bütün komandalar 8 oyun keçiriblər.

Ermənistan yığması oktyabrın 7-də İrəvanda Makedoniya millisini qəbul edəcək. Oktyabrın 11-də isə ermənilər səfərdə İrlandiya yığması ilə qarşılaşacaqlar. Bu oyun həlledici ola və B qrupundan Avro-2012-nin əsas mərhələsinə keçən ikinci komandanı müəyyənləşdirə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar