Erməni idmançılar Bakıdadır
20 Aprel 2010 Çərşənbə Axşamı 22:00
Bakı turnirində iştirak etmək üçün 552 boksçu qeydiyyatdan keçib.
Bakıda gənclər arasında boks üzrə Dünya çempionatında iştirak etmək üçün 40 ölkənin, o cümlədən Ermənistanın boksçuları artıq paytaxtdadırlar. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Ermənistanı Dünya boks forumunda 6 idmançı təmsil edəcək.

Qeyd edək ki, aprelin 23-də start götürməlim olan turnir Avropa ölkələrində aviareyslərin təxirə salınması səbəbindən aprelin 25-də başlayacaq. Bakı turnirində avqust ayında Sinqapurda keçiriləcək gənclərin 2010-cu il Olimpiadasına vəsiqələr oynanılacaq.

Çempionatda iştirak üçün qeydiyyatdan 109 ölkədən 552 boksçu keçib. Azərbaycanı turnirdə Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq), Elnur Zeynalov (54 kq), Elvin İsayev (57 kq), Coşqun Əliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq), Vətən Hüseynli (75 kq), Teymur Məmmədov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Fərqan Ömərov (91 kq) təmsi edəcək.

Gənclər arasında boks üzrə Dünya çempionatı “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar