Erməni güləşçilər Bakıya gələcək?
31 Oktyabr 2009 Şənbə 14:30
Erməni güləşçilər aprel ayında şəhərimizdə keçiriləcək Dünya çempionatında iştirak edə bilərlər
Ermənistanın sərbəst güləş yığması apreldə Bakıda keçiriləcək Avropa çempionatında iştirak edə bilər. Bu ölkənin sərbəst güləş yığmasının baş məşqçisi Araik Baqdatyanın sözlərinə görə, bunun üçün onun yetirmələri çempionata ciddi hazırlaşırlar. Baş məşqçi Bakıda keçiriləcək Avropa çempionatına qatılacaqlarının hələ dəqiq olmadığını bildirib. Araik Baqdatyan güləşçilərin şəhərimizə gəlib-gəlməyəcəklərini Ermənistan hökumətinin verəcəyi qərardan sonra məlum olacağını bildirib.
Xatırladaq ki, Ermənistan güləşçiləri artıq bir dəfə 2007-ci ildə Bakıda keçirilən Dünya çempionatında iştirak ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: