Erməni güləşçi Bakıya gəlməkdən qorxub
20 İyul 2009 Bazar Ertəsi 13:50
Polşanı təmsil edən Barseqyan təhlükəsizliyiə zəmanət ala bilmədiyini bildirib

Erməni güləşçi Bakıda keçirilən güləş üzrə Dünya kuboku yarışlarında iştirak etməkdən imtina edib. Polşanı təmsil edən Eduard Barseqyanın yarışdan imtina etməsinə səbəb, onun təhlükəsizliyinə görə qorxması olub. Bu barədə Ermənistanın tert .am saytı məlumat yayıb.
60 kq çəki dərəcəsində yarışan yunan-roma güləşçisi Bakıya getməkdən son anda imtina etdiyini bildirib. "Polşa Güləş Federasiyası Bakıya getməzdən əvəll mənim təhlükəsizliyimlə bağlı zəmanət istəsə də, Azərbaycan tərəfdən dəqiq cavab verilmədi", deyə o bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar