Erməni futbolçular Gəncə aeroportundan geri qaytarıldı
24 İyul 2011 Bazar 17:10
"Kəpəz"in baş məşqçisi "qaş düzəltdiyi yerdə, az qala göz çıxaracaqmış".
Bir müddət əvvəl futbolçu axtarmaq üçün Rusiyanın Armavir şəhərinə yollanan "Kəpəz"in baş məşqçisi Mehman Allahverdiyev "qaş düzəltdiyi yerdə, az qala göz çıxaracaqmış". Belə ki, bəyəndiyi futbolçular üzündən o, çətin vəziyyətə düşüb.
Məşqçi Armavir "Torpedo"sunda bir neçə futbolçu bəyəndiyini açıqlasa da, "Kəpəz"in baş məşqçisi nə onları baxışa çağırası oldu, nə də müqavilə imzaladı. Fanat.az-a daxil olan məlumata görə, əslində "Torpedo"nun iki futbolçusu Gəncəyə gəlibmiş. Lakin onların erməniəsilli olmasından Mehman Allahverdiyevin xəbəri olmayıb. Erməni futbolçuların gəlişi isə Gəncə hava limanında böyük qalmaqala səbəb olub. Dövlət Sərhəd Xidməti əməkdaşları Rusiya pasportu daşıyan erməni futbolçuları gəldikləri təyyarə ilə geri göndərib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: