Erməni futbolçu klubundan qovuldu
18 Yanvar 2011 Çərşənbə Axşamı 16:50
BATE Ohanes Qoaryanın xidmətində maraqlı deyil.
Futbol üzrə son Belarus çempionu BATE klubu Ermənistan yığmasının üzvü Ohanes Qoaryanı komandadan qovub. Bu barədə məlumat BATE klubunun rəsmi saytında yer alıb. Məlumata görə, BATE-nin baş məşqçisi Viktor Qonçarenko erməni futbolçu ilə söhbət edərək ona özünə yeni klub tapmaq barədə göstəriş verib.

Xatırladaq ki, Qoaryan ötən mövsümün ikinci yarısını icarə əsasında “Pünik” klubunda keçirib. Ermənistan çempionatı başa çatdıqdan sonra futbolçu Belarusa qayıtsa da, ona BATE-də çıxış etmək nəsib olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar