Erməni futbolçu Bakıya gələsi olmadı
29 İyun 2011 Çərşənbə 14:59
“Minsk”in futbolçusu Andrey Xaçaturyan zədələnib.
Belarusun “Minsk” klubunun erməni futbolçusu Andrey Xaçaturyan Bakıya gəlməyəcək. ANS PRESS-in “Minsk”in rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu Avropa Liqasında Bakının AZAL klubu ilə qarşılaşmalar ərəfəsində zədələnib.
Futbolçu Belarus çempionatının XV turu çərçivəsində baş tutan “Torpedo” ilə oyunda zədə alıb. Bununla da erməni futbolçunun sabah Bakıda AZAL-a qarşı oyunda meydana çıxmayacağı dəqiqləşib.
Xatırladaq ki, erməni futbolçu bir qədər əvvəl açıqlamasında Bakıya gələrək azərbaycanlı azarkeşlərin qarşısında oyuna çıxmaq istədiyini bildirmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: