Erməni futbolçu 7,5 milyon dollara satılıb
30 Avqust 2010 Bazar Ertəsi 19:15
21 yaşlı erməni futbolçu "Şaxtyor"un heyətinə transfer olunub.
Ermənistanın ən yaxşı futbolçusu hesab olunan Qenrix Mxitaryan 7,5 milyon dollara transfer olunub. Ukraynanın “Şaxtyor” klubu erməni yarımmüdafiəçini “Metallurq”un (Donetsk) heyətindən tranfer edib. Ötən il Ermənistanın ən yaxşı futbolçusu seçilmiş Mxitaryanla 5 illik müqavilə imzalanıb.

“Metallurq”un heyətində 21 yaşlı erməni futbolçu 2009-2010-cu il mövsümündə 36 matçda 12 qolun müəllifi olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar