Erməni boksçu Artur Qriqoryan döyüşdən imtina etdi
10 Fevral 2010 Çərşənbə 12:35
Erməni boksçu Artur Qriqoryan zədələnməkdən qorxur
WBO versiyası üzrə yüngül çəkidə sabiq dünya çempionu ermənistanlı Artur Qriqoryan rinqə çıxmaqdan imtina edib. Peşəkar boksçu əvvəlcə Polşa təmsilçisi Mett Zeqanla döyüşməyə razılıq versə də, sonradan məşqlərdə ideal formadan çox uzaq olduğunu anlayıb.
“Məmnuniyyətlə döyüş keçirərdim. Ancaq 4 həftəlik gərgin məşqlərdən sonra bədənimin sözümə baxmadığını hiss edirəm. Ağır zədə almamaq üçün Mett Zeqanla döyüşməkdən imtina etdim”-deyə erməni idmançı bildirib.
Xatırladaq ki, bu iki boksçu 2003-cü ildə qarşılaşmışdılar. O zaman Artuq Qriqoryan hakimlərin mübahisəli qərarı ilə görüşdən qələbə ilə ayrılmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: