Erik Abidal “donuz qripi”nə yoluxdu. Yaya Tureni də A/H1N1 virusunun yaxaladığı ehtimal olunur.
İspaniyanın “Barselona” klubu və eyni zamanda Fransa milli komandasının müdafiəçisi olan Erik Abidal “donuz qripi”nə yoluxub. Bu barədə Kataloniya klubunun rəsmi saytında bildirilir. Həmçinin Yaya Tureni də A/H1N1 virusunun yaxaladığı ehtimal olunur.
Hər iki oyunçu bu səbəbdən İspaniya çempionatının növbəti turu çərçivəsində Bilbaonun “Atletiko” klubuna qarşı keçiriləcək oyunu buraxmalı olacaq.
Xatırladaq ki, “Osasuna”nın dörd futbolçusu, “Betis”in isə 13 futbolçusu A/H1N1 virusuna yoluxub.
ANSPRESS