Ərəb şeyxi Şeyx Mənsur “səxavət kisəsi”nin ağzını açdı
23 Aprel 2010 Cümə 10:20
Şeyx Mənsur “Mançester Siti”nin transferləri üçün 150 milyon funt sterlinq ayırıb.
İngiltərənin “Mançester Siti” klubu “Liverpul”un ispaniyalı futbolçusu Fernando Torresə bu kluba keçmək üçün 69 milyon avro təklif edəcək. “Mançester Siti” rəhbərliyi yayda futbolçuya təklif ünvanlamağı planlaşdırır.

Böyük Britaniyanın "The Daily Star" qəzeti yazıb ki, “Mançester Siti”nin rəhbəri Şeyx Mənsur yeni transferlər üçün 150 milyon funt sterlinq ayırıb. Fernando Torreslə yanaşı Mançester təmsilçisinin transfer siyahısında Sesk Fabreqas, Zlatan İbrahimoviç və Cerom Boatenq kimi futbolçular da var.

Xatırladaq ki, “Mançester Siti” yerli çempionatda Çempionlar Liqasında iştiraka imkan verən 4-cü yer uğrunda mübarizə aparır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar