Ən yaxşı xilasedici suda boğulub
19 Mart 2010 Cümə 20:55
Avstraliya çempionu idman turnirində həlak olub
Avstraliyanın su xilasetməsi idmanı üzrə çempionu suda boğulub. Hadisə növbəti idman turniri zamanı baş verib. 19 yaşlı Sakson Berdinn başı öz sörfinq taxtasına çırpılıb və o huşunu itirib. Bu zaman idamançı sahildən 150 metr uzaqlıqda olub. Xilasedicilər 19 yaşlı gənci sudan tapıb çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
İdmançının məşqçisi isə turnirin keçirildiyi yerin pis olduğundan gileylənib. Həmin gün ərazidə tropik siklon olmasına baxmayaraq təşkilatçılar nədənsə yarışın keçirilməsini təxirə salmayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: