En yaxşı komanda uduzdu
31 Avqust 2013 Şənbə 10:59
"Çelsi"nin baş məşqçisi Superkubok oyunu haqqında danışdı.
Penaltilər seriyasında “Bavariya”ya məğlub olan Londonun “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo oyundan sonra açıqlama verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məşqçi öz komandasının meydanda ən yaxşı olduğunu bildirib:

“Təəccüblüdür ki, ən yaxşı komanda uduzdu. Onlar yalnız bir penalti artıq vurdular. Ən yaxşı komanda uzun müddət azlıqda oynadı. Onlar Avropa çempionlarına qarşı oynadılar. Biz onlarla yalnız fəxr edə və gələcəyə inana bilərik. Bir daha qeyd edirəm, ən yaxşı komanda uduzdu.”

Xatırladaq ki, UEFA Superkuboku uğrunda həlledici görüşdə “Bavariya” və “Çelsi” komandaları üz-üzə gəliblər.

“Bavariya”- “Çelsi” 2:2 (0:1, 1:0) 5:4 (penaltilər)

Qollar: Riberi (47), Xavi Martines (120), Torres (8), Azar (93).


DOSTLARINLA PAYLAŞ:

oyunlar