Ən yaşlı dünya çempionu
    10 Mart 2013 Bazar 13:43
    48 yaşlı boksçu 17 yaş cavan həmkarını məğlub edib.
    
                	 
    
         48 yaşlı Bernard Hopkins boks üzrə dünyanın ən yaşlı çempionu olub. ANS PRESS-in "CNN Türk"ə istinadla verdiyi məlumata görə, o, rəqibi Tavoris Kloudu məğlub edib. 48 və 31 yaşlı boksçuların matçı Nyu Yorkda keçirilib. 
Bu oyun sahəsində Hopkins öz rekordunu yeniləyib. Belə ki, 1965-ci ildə doğulan Hopkins 2011-ci ildə Cean Paskalı məğlubiyyətə uğradaraq  WBC çümpionu olmuş və Corc  Foremanın əlindən dünyanın ən yaşlı çempionu adını almışdı. 
DOSTLARINLA PAYLAŞ: