Ən vəhşi idman növü
04 Yanvar 2010 Bazar Ertəsi 21:05
Ən vəhşi idman növü. Yeni güləş növünü yaponlar icad edib.
Yaponlar yenə dünyanı təəccübləndirməyi bacarıb. Hər şeyi maddi zəmində düşənən və həyata keçirən "gündoğar ölkə"nin sakinləri zorun və şiddətin dünya üzərindəki hökmranlığını başa düşüncə, heç kimin cürət etmədiyi yeni bir icadı ortaya atıb.
Yaponların son icadı idmanla bağlı olub. Belə ki, onlar yeni güləş növü icad ediblər.
Amma bu adi bir idman növü deyil. Hər kəsin cəsarət edib, məşğul ola bilməyəcəyi bu idman növü "Neon işıq güləşi" adlanır.
Bu idman növündə idmançılar neon lampa ilə bir-birilərinə hücum edib, qələbə qazanmağa çalışırlar. İki gombul idmançı rinqə çıxıb neon lampaları ilə bir-birilərinə hücum edir. Döyüş rəqiblərdən biri qan içində yerə yıxılana qədər davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: