Ən ucaboy basketbolçu Yao Min karyerasını bitirir
28 İyul 2010 Çərşənbə 11:25
Yao Min zədədən əziyyət çəkir.
ABŞ Milli Basketbol Assosiasiyasının (MBA) ən ucaboy basketbolçusu sayılan Yao Min karyerasını bitirmək qərarına gəlib.

“Hyuston Rokets” klubunun 229 sm boya malik olan basketbolçusu ağır zədədən əziyyət çəkir. Çinli basketbolçu zədəsini sağaltmağa müvəffəq olmasa, karyerasını bitirəcəyini açıqlayıb.

Xatırladaq ki, Yao Min “Hyuston Rokets” klubuna transfer olunmazdan əvvəl öz ölkəsində “Şanxay akulaları” klubunun şərəfini qoruyub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar