Ən ucaboy basketbolçu vəfat etdi
21 İyun 2010 Bazar Ertəsi 14:55
231 sm boyu olan basketbolçu Manute Bol 48 yaşında dünyasını dəyişib.
ABŞ Milli Basketbol Assosiasiyasının (MBA) tarixi ərzində ən ucaboy basketbolçu sayılan Manute Bol vəfat edib. 231 sm boyu olan idmançı böyrək çatışmazlığından dünyasını dəyişib.

Manute Bol ötən ay yaşadığı Sudandan ABŞ-a müalicəyə gəlsə də həkimlər onun həyatını xilas edə bilməyiblər.

Xatırladaq ki, basketbolçu 1985-1994-cü illər ərzində 10 il MBA-də çıxış edib. Manute Bol “Vaşinqton Bullits”, “Qolden Steyt Uorriors”, “Filadelfiya 76” və “Mahami Hit” klublarının şərəfini qoruyub. İdmançı karyerasını bitirdikdən sonra o, Sudanın xeyriyyə və hüquq müdafiə fondlarında fəaliyyət göstərib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar