Ən sərrast qapıçı 109-cu qolunu vurdu
11 Fevral 2013 Bazar Ertəsi 10:16
Rojerio Seni növbəti dəfə cərimə zərbəsindən fərqlənib.
Futbol üzrə Braziliya yığmasının keçmiş qapıçısı Rojerio Seni “San Paulo”nun heyətində özünün 109-cu qolunu vurub.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Braziliyanın Paulista ştatında birincilik uğrunda baş tutan oyun çərçivəsində “San-Paulo” və “Quarani” klubları qarşılaşıb. Oyun “San-Paulo”nun 2:1 hesablı qələbəsilə başa çatıb.

40 yaşlı qapıçı Rojerio Seni cərimə zərbəsini mükəmməl yerinə yetirərək komandasına qələbə qazandırıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar