ən intizamsız futbolçu Rasim Ramaldanov olub
07 Mart 2013 Cümə Axşamı 16:59
Simurq kapitanı Rasim Ramaldanov hamıdan çox vərəqə alıb.
Topaz Premyer Liqasının təsnifat mərhələsinin ən intizamsız futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Simurq”un kapitanı Rasim Ramaldanov 22 tur ərzində hamıdan çox vərəqə alıb. Onun hesabında 2 qırmızı və 9 sarı vərəqə var.
Ramaldanov təsnifat mərhələsində meydandan 2 dəfə qovulan 3 nəfərdən biridir. Belə ki, Qara Qarayevlə (“Qarabağ”) Aleksandr Çertoqanov (“Qəbələ”) da onun kimi 2 qırmızı vərəqə görüb. Lakin Rasim “qazandığı” vərəqlərin sayında onları arxada qoyub.
Məsələ ondadır ki, “Simurq”un futbolçusu 22 turun 11-də cəzalanıb. Bunların 2-də birbaşa qırmızı, 9-da isə sarı vərəqə alıb. Çertoqanov isə önündə hər 2 qırmızını sarı vərəqələri cütləşdirməklə alıb. Bundan başqa isə cəmi 2 matçda xəbərdarlıq görüb.
1 dəfə birbaşa, 1 dəfə isə 2 sarı vərəqədən sonra meydandan kənarlaşdırılan Qara isə daha 2 oyunda xəbərdarlıqla canını qurtarıb. Bunlar Rasimin digər 2 oyunçunu “qabaqladığını” göstərir.
“Rəvan”ın legioneri Samuel Barlay da vərəqə sayında liderlərdəndir. O, qırmızı vərəqə almasa da, Ramaldanov kimi 9 oyunda xəbərdarlığa layiq görülüb.
“Sumqayıt”ın 2 üzvü – Slavik Alxasov və Pərdis Fərcad-Azad 8 sarı vərəqə alıb. Hesabında 1 qırmızı vərəqə olanlardan isə İlkin Qırtımov fərqlənib. “Simurq”lu daha 6 matçda sarı vərəqə alıb.
DOSTLARINLA PAYLAŞ: