Ən güclülər seçiləcək
    11 Fevral 2010 Cümə Axşamı 17:20
    Kamandan oxatma üzrə ölkə çempionatına start verilir
    
                	 
    
         Şağan Olimpiya İdman Kompleksində kamandan oxatma üzrə ölkə çempionatı keçiriləcək. Yarış şənbə günü start götürəcək. Gənclər və İdman Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ölkə birinciliyinə “Məhsul”, “Spartak” və “Lokomotiv” cəmiyyətlərindən 30-a yaxın idmançı qatılacaq. 
Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: