Ən güclü əlcək ustaları müəyyənləşəcək
20 Dekabr 2010 Bazar Ertəsi 17:50
Dekabrın 21-də boks üzrə Azərbaycan çempionatı start götürəcək
Bakı İdman Sarayında boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürəcək. Yarışda idman cəmiyyətləri, idman klubları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 21-də start götürəcək ölkə çempionatında 150-ə yaxın boksçunun döyüşəcəyi gözlənilir. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar milli komandanın heyətinə cəlb olunacaq.
WSB liqasında mübarizə aparan “Baku Fires” klubunun üzvlərindən yalnız Rəhim Nəcəfov yarışda iştirak etmək arzusunda olduğunu bildirib. Turnirin qaliblərinin adı dekabrın 25-də məlum olacaq.
Proqram:
21.12.2010
Saat 16:00 – İlkin döyüşlər
22.12.2010
Saat 16:00 - İlkin döyüşlər
23.12.2010
Saat 16:00 – 1/4 final döyüşləri
24.12.2010
Saat – 16:00 – Yarımfinal döyüşləri
25.12.2010
Saat – 13:00 – Final döyüşləri
Qeyd edək ki, Azərbaycan çempionatının təntənəli açılış mərasimi dekbrın 21-i saat 16:00-da başlayacaq.
DOSTLARINLA PAYLAŞ: