Ən güclü Azərbaycan şahmatçısı
02 Mart 2010 Çərşənbə Axşamı 15:30
Şəhriyar Məmmədyarov FİDE-nin son reytinq siyahısında altıncıdır
FİDE dünya şahmatçılarının martın 1-nə olan yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan şahmatçılarından ən yaxşı göstərici beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovun aktivindədir.

Əmsalını 2760 xala yüksəldən şahmatçımız 5 pillə irəliləyərək 6-cı yerə yüksəlib. Vüqar Həşimov isə ən güclü onluqdakı mövqeyini itirib. İndi o, 2740 xalla 12-ci pillədədir. Aktivində eyni miqdarda xalı olan Teymur Rəcəbov isə 13-cü yerdə qərarlaşıb.

FİDE-nin reytinq sıralanmasında isə Norveç şahmatçısı Maqnus Karlssen liderlik edir. Norveç təmsilçisinin aktivində 2813 xal var. Bolqarıstan şahmatçısı Veselin Topalov 2805 xalla ikinci, aktivində 2790 xalı olan Rusiya qrossmeysteri Vladimir Kramnik isə üçüncüdür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar