Ən gözəl qadın idmançı seçildi
30 Dekabr 2009 Çərşənbə 13:00
Federika Pelleqrini bütün rəqiblərini üstələyib ən gözəl qadın idmançı seçildi.
Bu ilin ən gözəl qadın idmançısı seçilib. İtaliyanın “La Gazzetta Dello Sport” nəşri sorğuda 21 yaşlı italiyalı üzgüçü Federika Pelleqrinini qalib elan edib.
“İlin ən yaxşı kişi idmançısı” adına Usey Bolt layiq görülüb. Ən yaxşı komanda isə “Barselona” seçilib.
Xatırladaq ki, Pelleqrini bu il Romada keçirilən Dünya çempionatında 200 və 400 metr məsafələrə üzgüçülük yarışında çempion olmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar