Məşhur "Sport+Markt" nəşri 2008/09-cu illər mövsümündə sponsor müqavilələrindən ən çox qazanan klubların siyahısını açıqlayıb. Nəşr ən çox qazanan 5 klubun adını müəyyənləşdirib. Məlum olub ki, Madrid "Real"ı hamıdan çox qazanıb. Belə ki, "Kral Klubu" ötən mövsüm sponsor müqavilələrindən 25 milyon avro əldə edib.
"Real"dan sonra ən çox qazanan klubu "Liverpul"dur. İngiltərə təmsilçisi büdcəsini 22,5 milyon avro artıra bilib.
3-cü yerdə digər bir ingilis klubu - "Mançester Yunayted" qərarlaşıb. 4-5-ci pillələri isə almanlar tutur - "Bavariya" və "Şalke 04".
1. Real - 25 milyon avro
2. Liverpul - 22,5 milyon avro
3. Mançester Yunayted - 21,5 milyon avro
4. Bavariya - 20 milyon avro
5. Şalke 04 - 12 milyon avro
ANSPRESS