Ən bahalı matç
19 İyun 2010 Şənbə 14:10
MBA-nın final seriyasının son görüşünün biletləri 50 min dollara çatıb.
Milli Basketbol Assosiasiyasının (MBA) final qarşılaşması yeni rekordla yadda qalıb. “Los-Anceles Leykers” və “Boston Seltiks” klubları arasında oynanılan matçı izləmək üçün azarkeşlərin bəziləri 50 min dollarlarından keçməli olublar.

Qarşılaşmanın keçirildiyi “Staples Center”də ən narahat tribunada yerləşmiş oturacaqlarda oyunu izləmək azarkeşlərə 1000 dollara başa gəlib.

Xatırladaq ki, “Los-Anceıes Leykers” 7 oyundan ibarət final seriyasının son görüşündə “Boston Seltiks”i 83-79 hesabı ilə məğlub edərək ümumi hesabda 4:3 qalib gəlib. Klub ötən il olduğöu kimi MBA çempionluğunu rəsmiləşdirib. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar