Ən bahalı avtomobil sürən idmançımız kimdir?
12 Sentyabr 2011 Bazar Ertəsi 17:12
Şahmatçı Şəhriyar Məmmədyarov futbolçu Mahir Şükürovu qabaqlayıb
Şəhriyar Məmmədyarov 280 min dollarlıq avtomobilə sahib olub. ANS PRESS-in “Futbol+” qəzetinə istinadən verdiyi xəbərə görə, şahmatçı bu yaxınlarda qəza zamanı yararsız hala saldığı "Range Rover" markalı avtomobilini "Yaquar"a dəyişib. Beynəlxalq qrossmeysterin 2011-ci istehsalı olan "XJ-Real-Angel" modelinə 280 min dollar pul xərclədiyi güman olunur.
Şəhriyardan öncə idmançılar arasında ən bahalı avtomobil sahibi "Qəbələ"nin və milli komandanın müdafiəçisi Mahir Şükürov hesab olunurdu. Artıq Şəhriyar həmşəhərlisini avtomobilinin qiymətinə görə arxada qoyacaq.
DOSTLARINLA PAYLAŞ: