Ən azı 8 gümüş medal təmin edilib
06 Mart 2010 Şənbə 22:25
8 azərbaycanlı boksçu finalda yarışacaq
Sərhədçi olimpiya idman kompleksində keçirilən boks üzrə beynəlxalq Böyük İpək Yolu turnirində finalçıların adlarına aydınlıq gəlib.
Bu gün baş tutmuş döyüşlərin nəticələrinə görə 8 azərbaycanlı boksçu həlledici mərhələyə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.
Gənc boksçuların qızıl medal uğrunda görüşlərinə sabah saat 15-00-da start veriləcək. Qeyd edək ki, Böyük İpək Yolu turnirinin qalibləri Dünya birinciliyində ölkəmizin idman şərəfini qoruyacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: