Emre Belözoğlu yenə dalaşdı
07 Aprel 2013 Bazar 11:53
Tanınmış futbolçunun bu dəfə avtomobil dayanacağında sözü düz gəlməyib.
Türkiyənin "Fənərbağça" futbol klubunun oyunçusu Emre Belözoğlu yenə dalaşıb. ANS PRESS-in "Hürriyet"ə istinadən verdiyi məlumata görə, dostları ilə görüşmək üçün kafeya gedən funbolçu maşını ilə dayanacağa girərkən oradan çıxan maşının sürücü ilə mübahisə edib. Futbolçu və avtomobil salonunun sahibi olan digər sürücünün mübahisəsi əl-qol hərəkətlərinə çevrilib. Emre Belözoğlu mübahisə etdiyi şəxsə "Səni bura basıraram. Ağıllı ol" deyib.

Davanın böyüməsinin qarşısını ətrafdakı vətəndaşlar alıblar.








DOSTLARINLA PAYLAŞ:

oyunlar