Emre Belozoğlu və Sinan Engin şübhəli şəxs qismində istintaqa çağırılıb
02 Avqust 2011 Çərşənbə Axşamı 13:18
Bakı-APA. Türkiyədə futbol oyunlarının nəticəsinin razılaşdırılması qalmaqalı ilə bağlı araşdırma davam edir.
APA-nın məlumatına görə, bu gün “Fənərbaxça” klubunun mərkəz yarımmüdafiəçisi Emre Belozoğlu və “Beşiktaş” klubunun sabiq rəhbərlərindən biri, hazırda televiziya şərhçisi kimi çalışan Sinan Engin şübhəli şəxs qismində ifadə vermək üçün istintaqa çağırılıb. Hər iki şəxsin haqqında həbs qətimkan tədbiri görülüb-görülməməsinə istintaq başa çatdıqdan sonra qərar veriləcək.
Emre Belozoğlunun “Ankaragücü” - “Fənərbaxça” oyunundan əvvəl rəqib futbolçu Kaan Söyleümezgillere göndərilən telefon mesajı ilə bağlı ifadə verəcəyi gözlənilir. Bu gün Kaan Söyleümezgillerin də istintaqa çağırılması nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: