Emre Belozoğlu hebs oluna biler
27 İyun 2013 Cümə Axşamı 07:28
"Kasımpaşa"nın idman direktoru oyunçunun onu söydüyü üçün məhkəməyə verib.
"Fənərbaxça" klubunun futbolçusu Əmrə Bəlözoğlu həbs oluna bilər.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Kasımpaşa"nın idman direktoru Oğuz Erkan oyunçunun onu söydüyü üçün məhkəməyə verib.
Məhkəmədən Əmrənin 4 aydan 2 il 4 aya qədər həbs edilməsi istənilib.
Qeyd edək ki, sözügedən hadisə cari mövsümün fevral ayında "Şükrü Saracoğlu" stadionunda "Fənərbaxça" - "Kasımpaşa" matçında baş verib. Matçın ardından şahidlər də Əmrənin söyüş söydüyünü təsdiqləyib. Məhkəmənin isə hansı qərarı verəcəyi maraq doğurur.
DOSTLARINLA PAYLAŞ: