Emin Əhmədov London olimpiadasına vəsiqə qazandı
28 Aprel 2012 Şənbə 21:30
Bununla da London-2012-yə lisenziyaların sayı Azərbaycan olimpiya yığmasında 41-ə, güləş üzrə millimizdə isə 12-yə çatıb.
Azərbaycan idmançıları London Yay Olimpiya oyunlarına növbəti lisenziyanı qazanıblar. Bu dəfə vəsiqəni yunan-roma güləşçimiz Emin Əhmədov öz hesabına yazıb.

Emin Çində keçirilən dünya olimpiya təsnifat turnirində finala yüksəlməklə bu nailiyyətə imza atıb.

Bununla da London-2012-yə lisenziyaların sayı Azərbaycan olimpiya yığmasında 41-ə, güləş üzrə millimizdə isə 12-yə çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar