Elxan Məmmədov yarımfinala yüksəldi
08 May 2011 Bazar 16:26
Bu mərhələdə cüdoçumuz Elxan Məmmədovun rəqibi rusiyalı Kiril Voprosov olacaq.
Azərbaycan cüdoçusu Elxan Məmmədov Qran-pri yarışlarının yarımfinalına vəsiqə qazanmışdır
Mayın 8-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş cüdo üzrə Qran-pri yarışları davam edib. “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışın sonuncu günü qadınlar arasında 78 və 78 kiloqramdan yuxarı, kişilər arasında isə 90, 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Reqlamentə görə, bu gün 9 Azərbaycan cüdoçusu tatami uzərinə çıxsa da, yeganə idmançımız yarımfinala vəsiqə qazanıb. 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk görüşünü Tacikistan cüdoçusu Rərviz Sobirova qarşı keçirib və rəqibindən üstün olub. 1/8 final mərhələsində Kşiştaf Veqlerjanı (Polşa), 1/4 finalda isə slovakiyalı idmançı Milan Randlı məğlub edən E.Məmmədov yarımfinala yüksəlib. Bu mərhələdə cüdoçumuzun rəqibi Rusiya idmançısı Kiril Voprosov olacaq.

Xatırladaq ki, yarışın ilk günü Azərbaycan cüdoçusu Kifayət Qasımova (57 kq) qızıl, növbəti gün isə Elxan Rəcəbli (81 kq) gümüş medal qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar