Elxan Məmmədov dünya çempionu oldu
01 Sentyabr 2013 Bazar 02:23
Elxan Məmmədov Rio-de-Janeyroda bütün rəqiblərindən üstün olub.
Braziliyanın Rio de Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatında idmançımız Elxan Məmmədov qızıl medal qazanıb.

ANS PRESS-in Beynəlxalq Cüdo Federasiyasının saytına istinadən verdiyi məlumata görə, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.

Qeyd edək ki, Rio de Janeyroda keçirilən dünya çempionatında Orxan Səfərov (60 kq) komandamızın aktivinə bürünc medal yazdırmışdı .


DOSTLARINLA PAYLAŞ:

oyunlar