Elvin Məmmədov Bakı klubunu seçdi
22 May 2011 Bazar 16:26
Ağdam klubunun düşərgəsini tərk edən yarımmüdafiəçi Elvin Məmmədov artıq Bakı klubuna qoşulub.
Bir müddət əvvəl "Bakı" ilə razılığa gələn Elvin Məmmədov artıq "Qarabağ"dan ayrılıb. Çempionat başa çatan kimi Ağdam klubunun düşərgəsini tərk edən yarımmüdafiəçi artıq yeni klubuna qoşulub.

Bir neçə gündür "Bakı"nın düşərgəsində olan Elvinin paytaxt klubuna keçidi rəsmiləşib. "Bakı" rəhbərliyi yaxın günlərdə Məmmədovun transferi ilə bağlı rəsmi açıqlama yayacaq.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar