Elvin Məmişzadə Olimpiadadakı çıxışını erkən dayandırdı
30 İyul 2012 Bazar Ertəsi 20:06
20 yaşlı boksçu Elvin Məmişzadə 1/16 final mərhələsində monqolustanlı Tuqstsoqt Nyambayara məğlub olub.
20 yaşlı boksçu Elvin Məmişzadə (52 kq) yarışa 1/16 final mərhələsindən qoşulub. Məmişzadə Bakıda keçirilən dünya çempionatında məğlub etdiyi monqolustanlı Tuqstsoqt Nyambayarla üz-üzə gəlib. ANS PRESS-in “Apasport”a istinadən verdiyi məlumata görə, döyüş bu dəfə boksçumuz üçün uğursuz alınıb.

Belə ki, görüşün ilk raundunu əks-hücumlar üzərində quran Elvin fasiləyə 1 xal fərqi ilə öndə çıxıb – 5:4. Lakin növbəti hissədə həmyerlimiz üstünlüyü əldən verib. O, bu dəfə 3 xal qazandığı halda, rəqibin 7 zərbəsinin qarşısını ala bilməyib.

Nəticədə III raunda 8:11 hesabı ilə geridə başlayan həmyerlimiz yekunda 11:18 hesabı ilə uduzaraq, Olimpiadada çıxışını erkən dayandırıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar