Elvin İsayev: İlk görüşüm çətin keçdi
18 İyun 2011 Şənbə 18:25
60 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Elvin İsayev latviyalı Artyom Latvası məğlub edib
Boks üzrə Avropa çempionatına qələbə ilə başlayan Elvin İsayev ilk görüşün çətin keçdiyini deyib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Latviya nümayəndəsi Artyom Latvası 1 xal fərqlə məğlub edib.

E. İsayevin sözlərinə görə, hər zaman ilk döyüşləri ağır alınır: “Növbəti görüşlərdə isə özümü daha yaxşı hiss edirəm. Amma nəzərə almaq lazımdır ki, rəqibim də kifayət qədər təcrübəli idmançı idi”.

Boksçumuz deyir ki, növbəti mərhələdə Türkiyə boksçusu Fatih Keleşlə döyüşü də ağır olacaq: “Aydın məsələdir ki, həmişə yerli idmançılara qarşı mübarizə aparmaq çətin olur. Çünki hakimlərin də onlara müəyyən simpatiyası olur. Amma yerli boksçuların da çətinliyi var. Rəqibim rinqə böyük təzyiq altında çıxacaq. Yalnız qələbə qazanmaq haqda düşünəcək. Bu isə mənə əlavə üstünlük verə bilər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar