Əlvida Avroliqa!!!
26 Avqust 2010 Cümə Axşamı 23:25
"Qarabağ" Bakıda son saniyədə məğlub oldu.
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” klubu ilə “Borussiya” komandası arasında cavab oyunu keçirilib.

Pley-off mərhələsinə qədər uğurla inamlayan təmsilçimiz növbəti dəfə Dortmund təmsilçisi ilə bacara bilməyib. Bu mövsüm keçirdiyi heç bir oyunda məğlub olmayan “Qarabağ” alman klubu ilə səfər matçında olduğu kimi, ev oyununda da azarkeşlərə məğlubiyyət acısını daddırıb.

Bu gün Tofiq Bəhramohv adına Respublika Stadionunda keçirilən matçda əsas vaxtda heç-heçə oynayan təmsilçimiz əlavə olunmuş son iki dəqiqədə məğlub olub. 90+1-ci dəqiqədə dortmudlu Lukas Barriosun vurduğu top qolla nəticələnib.

Məğlubiyyətə baxmayaraq, "Qarabağ" Azərbaycan klubları arasında ilk dəfə bu mərhələyə qədər yüksələrək tarix yaza bilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar