Eltac Səfərli Qata Kamski ilə qarşılaşıb
27 Avqust 2010 Cümə 23:00
"Baku Open" turnirində iki şahmatçımız liderlər arasındadır. Eltac Səfərli Qata Kamski ilə qarşılaşıb.
Şahmat üzrə beynəlxalq “Baku Open” turnirində 5-ci turun oyunları da arxada qalıb. Bu tur həmyerlimiz Eltac Səfərli turnirin lideri olan Qata Kamski ilə görüşüb. Qarşılaşma tərəflərin xal bölgüsü ilə nəticələnib.
Digər həmyerlimiz Vasif Dürarbəyli isə Ukraynalı Yevgeni Miroşniçenkoya məğlub olub. Baş mükafata iddialı, israilli Emil Sutovski gürcü qrosmeysteri İveri Çiqladzeni mat edib.
Bu nəticələrdən sonra aktivində 4 xal yarımı olan 4 şahmatçı ilk pilləyə iddialıdır. Onlar arasında təmsiçilərimiz Eltac Səfərli və Rauf Məmmədov da var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: