Elnur Məmmədli “World Masters”in finalındaa
16 Yanvar 2011 Bazar 15:30
Cüdooçumuz lisenziya xarakterli yarışın final mərhələsində braziliyalı idmançı ilə qarşılaşacaq
Elnur Məmmədli cüdo üzrə Bakıda keçirilən lisenziya xarakterli “World Masters” seriyası turnirinin finalına vəsiqə qazanıb. 81 kq çəki dərəcində çıxış edən Elnur Məmmədli yarımfinal mərhələsində ingilis Bartonla görüşüb. E.Məmmədl rəqibinə qarşı ippon fəndi tədbiq edərək təmiz qələbə qazanıb. Bununlada o özü üçün ən azı gümüş medalı və 240 lisenziya xalını qazanmış olub. Finalda idmançımız braziliyalı Leondro Qutyereslə görüşəcək. Azərbaycanlı cüdoçu qələbə qazanacağı təqdirdə həm qran prinin qızıl medalına layiq görülə, həm də aktivinə daha 160 xal yazdıra bilər.

Xatırladaq ki, Qeyd edək ki, “World Masters” turniri 2012-ci ildə Londonda keçiriləcək olimpiadaya lisenziya verən reytinq xaraterli yarışdır. 2 gün davam edəcək yarışda 1-ci yer 400, 2-ci yer 240, 3-cü yeri tutan idmançı isə 160 lisenziya xalı və pul ilə mükafatlandırılacaq. Bu xallar ilə onlar gələcək 2012-ci il London Olimpiya Oyunlarında iştirak etmək şansı qazanacaqlar.

Turnirə ötən gün start verilib. Dünyanın 40 ölkəsini təmsil edən komandalar bu turnirdə iştirak edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar