Elnur Memmedli siyahıya düşmedi
01 İyun 2013 Şənbə 22:48
Azərbaycan cüdoçuları Yaponiyaya yola düşüb.
Azərbaycanın cüdo komandası iyunun 1-də Yaponiyaya təlim-məşq toplanışına yola düşüb. Kollektivin bu səfəri uzunmüddətli olacaq: onlar vətənə iyulun 6-da qayıdacaq. Cüdo Federasiyasının mətbuat xidmətinin yaydığı xəbərə görə, Uzaq Şərqdə hazırlıq Rio de-Janeyroda keçiriləcək dünya çempionatı ərəfəsində mühüm mərhələ olacaq.
Yığmanın əsas üzvləri, o cümlədən Elxan Məmmədov (100 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi – 66 kq), Rüstəm Orucov (73 kq) və Şahin Qəhrəmanov (90 kq) toplantıda iştirak edəcək. Olimpiya çempionu Elnur Məmmədlinin (81 kq) adının bu siyahıda olmaması diqqəti cəlb edir: o Avropa Cüdo İttifaqının (EJU) Antalyadakı məşq düşərgəsindən yenicə qayıdıb.
Komandamız Yaponiyada və Koreyada yerli idmançılarla yoxlama döyüşləri keçirəcək.
DOSTLARINLA PAYLAŞ: