Elnur Məmmədli Olimpiadada uğursuz çıxışı haqqında danışıb
03 Avqust 2012 Cümə 13:49
Olimpia çempionu Elnur Məmmədli: Rəqibə ciddi yanaşmadım.
Elnur Məmmədli London Olimpiadasında uğursuz çıxışı haqqında danışıb. Qol.Az-ın “Xəzər TV”yə istinadən yaydığı xəbərə görə, 2008-ci ilin Olimpiya çempionu startdakı uğursuz çıxışını rəqibinə ciddi yanaşmamasıyla əlaqələndirib. O, hazırda psixoloji durumunun yaxşı səviyyədə olmadığını da bildirib. Qeyd edək ki, Pekin Olimpiadasının qalibi London-2012-nin ilk döyüşündəcə uduzmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar