Elnur Məmmədli Olimpiadada mübarizəyə qoşulur
31 İyul 2012 Çərşənbə Axşamı 10:03
Təmsilçimiz 1/32 final mərhələsində döyüşə çıxacaq
Bu gün London Olimpiadasında əsas medal ümidlərimizdən olan cüdoçu Elnur Məmmədli mübarizəyə başlayır. ANS PRESS-in məlumatına gprə, 81 kq çəki dərəcəsində çıxış edən Pekin Olimpiadasının qalibi mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Təmsilçimiz kanadalı Antuan Valua-Forte ilə münasibətlərinə aydınlıq gətirərəcək. Bu gün həmçinin 63 kq çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz Ramilə Usubova da mübarizəyə qoşulur. İdmançımız ilk olaraq Özbəkistan cüdoçusu Gülnar Xaıtbayeva ilə qarşılaşacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar