Elnur Məmmədli Moskvada döyüşəcək
30 İyun 2010 Çərşənbə 10:35
Rusiyanın paytaxtında “Böyük Dəbilqə” seriyalı turnirə start verilir. Elnur Məmmədli Moskvada döyüşəcək.
Rusiyanın paytaxtı Moskva şəhərində kişi və qadın cüdoçular arasında Olimpiya Oyunlarına lisenziya xalları qazandıran beynəlxalq “Böyük Dəbilqə” turniri keçiriləcək. Cüdo komandamıza bu yarışda yığma komandanın baş məşqçisi Ağayar Axundzadə və məşqçi İbadulla Şahbanov rərbərlik edəcək.

“Böyük Dəbilqə” turnirində ümümilkdə 6 cüdoçu - Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) ilə təmsil olunacağıq. Xatırladaq ki, “Böyük Dəbilqə” turniri 3-4 iyun tarixində keçiriləcək. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar