Elnur Məmmədli irəliləyə bilmədi
29 May 2011 Bazar 19:04
İdmançımız Elnur Məmmədli “Qrand Slam» turnirinin 1/4 final mərhələsində məğlub olub.
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan millisinin də çıxış etdiyi cüdo üzrə “Qrand Slam» turnirinə yekun vurulur. Нarışın son günündə 2 idmançımız qızıl medal qazanmaq şansını sınayıb. Qeyd edək ki, baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında sözügedən yarışa altı idmançımız yollanmışdı: Nicat Şıxəlizadə (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq). Lakin son anda Yusubova zədələndiyi üçün sözügedən turnirdə iştirak edə biməyib. İlk gündə mübarizəyə başlayan idmançılarımız - Nicat Şıxəlizadə, Tərlan Kərimov və Kifayət Qasımova qalib adını qazana bilməmişdi.

Son oyun günündə isə bütün diqqət Olimpiya çempionumuz Elnur Məmmədliyə yönəlmişdi. İlk mərhələdə istirahət edən təmsilçimiz startda Qazaxıstan idmançısını məğlub etmiş Antti Virta (Finlandiya) ilə qarşılaşıb və xal hesabı ilə də olsa, qələbə qazanaraq, 1/8 finala yüksəlib. Maraqlıdır ki, bu mərhələdə Elnuru məhz digər həmyerlimiz Elxan Rəcəbli ilə duel gözləyirdi. O, Elxan üzərində ipponla qələbə qazanaraq, 1/4 finala yüksəlib. Lakin bu mərhələdə o, almaniyalı Ole Bişofla mübarizədə məğlub olaraq, beşinci yerlə kifayətlənib.

Sonda onu da qeyd edək ki, sözügedən turnir nokaut sistemiylə keçirilirdi və yarımfinalda uduzan idmançılar birbaşa bürünc medal qazanırdı. Həm də qaliblər 300 reytinq xalı qazanmış olurdu. Turnirin mükafat fondu isə 150 min dollar idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar