Elnur Məmmədli ikiqat Avropa çempionu oldu
23 Aprel 2011 Şənbə 02:47
Cüdoçumuz Elnur Məmmədli finalda moldovalı Sercey Tomanı məğlub edib.
Türkiyənin İstanbul şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Yarışın ikinci günü 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Elnur Məmmədli Pavlos Qkraklov (Yunanıstan), Srjan Mrvaljeviç (Monteneqro), Murat Xabaçirov (Rusiya), Tomislav Maryanoviç (Xorvatiya) və Allen Şmitti (Fransa) məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə Olimpiya çempionumuzun rəqibi Moldova cüdoçusu Sergey Toma olub. E.Məmmədli rəqibi üzərində inamlı qələbə ilə ikiqat Avropa çempionu adını qazanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: