Elnur Məmmədli dünya reytinqindəki mövqeyini yaxşılaşdırdı
29 Aprel 2011 Cümə 13:13
Beynəlxalq Cüdo Fedderasiyası aprel ayı üçün reytinq siyahısını açıqlayıb. Elnur Məmmədli dünya reytinqindəki mövqeyini yaxşılaşdırdı.
Beynəlxalq Cüdo Federasiyası (İJF) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. Türkiyənin İstanbul şəhərində keçirilmiş Avropa çempionatında fərqlənmiş cüdoçularımız reytinq siyahısındakı vəziyyətlərini bir qədər də yaxşılaşdırıblar. Avropa çempionatının son qalibi Elnur Məmmədli (81 kq) aktivində olan lisenziya xallarını 860-a çatdıraraq siyahıda 5-ci yerə yüksəlib.
Avropa çempionatının gümüş mükafatçısı Tərlan Kərimov (66 kq) aktivindəki xallarının sayını 536-ya çatdıraraq 15-ci pilləyə yüksəlib. Digər idmançılarımızdan İlqar Müşkiyev (60 kq) 24-cü, Elxan Məmmədov (90 kq) 5-ci, Elmar Qasımov (100 kq) 32-ci, Kifayət Qasımova (57 kq) 21-ci, Ramilə Yusubova (57 kq) 24-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, 2012-ildə Londonda keçiriləcək Olimpiadaya reytinq siyahısının ilk 22-liyində qərarlaşmış kişi cüdoçular qatılacaqlar. Dünyanın reytinq siyahısında ilk 12-likdə yer almış qadın cüdoçular Olimpiadaya lisenziyanı təmin etmiş olacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: