Elnur Məmmədli Dünya Kubokunun qalibi oldu
17 May 2010 Bazar Ertəsi 10:20
Olimpiya çempionumuz Elnur Məmmədli Misirdə fərqlənib.
Misirin paytaxtı Qahirə şəhərində cüdo üzrə Dünya Kuboku keçirilib. Yarışda iştirak edən Azərbaycan yığma komandası 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində qızıl medala Olimpiya çempionumuz Elnur Məmmədli layiq görülüb. O, 81 kq çəki dərəcəsində hamıdan güclü olub.

Komandamızın heyətində gümüş medallara Tərlan Kərimov (66 kq) və Elxan Məmmədov (90 kq) sahib çıxıb. Komandamızın aktivinə bürünc medalları isə Elxan Rəcəbli (81 kq) və Ramilə Yusubova yazdırıb (63 kq).

Xatırladaq ki, Misirdə keçirilən cüdo üzrə Dünya Kuboku yarışları Olimpiya Oyunlarına lisenziya xalları verirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar