Elnur Məmmədli ata olub
30 Noyabr 2010 Çərşənbə Axşamı 16:10
Olimpiya çempionunun oğlu dünyaya gəlib
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli ata olub. Bu haqda Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə məlumat verib.

Onun sözlərinə görə, noyabrın 29-da Bakıdakı xəstəxanalardan birində Məmmədlinin oğlu dünyaya gəlib. Uşaq sağlamdır, normal çəkidə doğulub. Körpəyə Emin adı verilib.

Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar